“Qalatasaray” “Trabzonspor”u məğlub etdi

Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib.

Günün ilk qarşılaşmasında “Konyaspor” və “Malatyaspor” komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib – 1:1. “Göztəpə” – “Alanyaspor” matçında isə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Turun mərkəzi oyununda isə “Qalatasaray” doğma azarkeşləri önündə “Trabzonspor”u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub. Hazırda “sarı-qırmızılılar”ın ehtiyatında 39 xal var.

Turnir cədvəlinə isə 45 xalla “Başakşəhər” başçılıq edir. “Beşiktaş” 36 xalla 3-cü, “Trabzonpor” isə 33 xalla 5-cidir.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

Türkiyə Superliqası, 21-ci tur

10 fevral

“Konyaspor” – “Malatyaspor” – 1:1
Qollar:
 D. Aleksiç, 74 (0:1), Adis Yahoviç, 85-pen.

“Göztəpə” – “Alanyaspor” – 3:2
Qollar:
 D. Kadah, 21 (1:0), Ç.Borqes, 32 (2:0), G. Tsavellaz, 43 (2:1), P. Sisse, 75 (2:2), N. Cilas, 90 (3:2)

“Qalatasaray” – “Trabzonspor” – 3:1
Qollar:
 M. Dian, 21-pen. (1:0), H. Rodalyeqa, 30 (1:1), Y. Belhanda, 45 (2:1), 51 (3:1)

11 fevral

“Ankaragücü” – “Kasımpaşa”

“Sivasspor” – “Akhisar”