“Qalatasaray”ın Avroliqada oynayacaq heyəti məlum olub

“Qalatasaray” Avropa Liqası  üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qurumun saytının yaydığı xəbərə  görə, bu qış  6 transfer edən İstanbul  təmsilçisi Mbaye Diane, Kristian Luyindama və Markaonu 20 nəfərlik heyətə daxil edib. Semih  Kaya, Kostas Mitroğlu  və  Əmrə Taşdemir isə heyətdən kənarda qalıb.

Qapıçılar: Fernando Muslera, İsmail Çipe

Müdafiəçilər: Mariano Ferreyra, Ahmet Çalık, Martin Linnes, Ömər Bayram, Kristian Luyindama, Markao, Nagatomo

Yarımmüdafiəçilər: Səlçuk İnan, Yunes Belhanda, Rayan Donk, Papa Aliun Ndiaye, Əmrə Akbaba, Fernando, Sofyan Fequli

Hücumçular: Sinan Gümüş, Henri Onyekuru, Muğdat Çəlik, Mbaye Diane

“Qalatasaray” Avroliqanın 1/16 finalında fevralın 14-ü “Benfika”nı qəbul edəcək. Bu komandalar arasında cavab görüşü fevralın 21-i Portuqaliyada keçiriləcək.