“Roma”dan 15 milyon avroluq transfer

“Roma” “Atalanta”nın futbolçusu Brian  Kristanteni birdəfəlik alıb.

Xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi  üçün 15 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, “Roma” ötən ilin yayında B.Kristanteni 5  milyon avro ödəyərək icarəyə götürmüşdü.

Əlavə edək ki, B.Kristante bu mövsüm A seriyasında 23 matçda 4 qol vurub, 3 qolun ötürməsini verib.