Ronaldo “Napoli”yə qarşı oynamayacaq

“Yuventus”un futblçusu Kriştiano Ronaldo  İtaliya A seriyasının 26-cı turunda “Napoli” ilə matçı buraxaaq.

Xəbərə görə, buna səbəb  portuqaliyalı hücumçunun zədəli olmasıdır.  Ancaq 34yaşlı oyunçu Çempionlar Liqasının 1/8  finalında “Atletiko” ilə cavab oyununa  kimi hazır olacaq.

Qeyd edək ki, “Yuventus”  martın 3-ü “Napoli”, martın 13-ü isə “Atletiko” ilə qarşılaşacaq.