Rus yazıçısı Limonov Qarabağda dəfn olunmaq istədiyini deyir

75 yaşlı yazıçı Eduar Limonov öləndə Dağlıq Qarabağda dəfn olunmaq istədiyini deyib. O bu haqda sosial şəbəkədə və öz bloqunda yazıb.

O öz yazısında hakimiyyət adamları və liberalların onun haqda susduqlarından, onunla bağlı yoxmuş kimi davrandıqlarından şikayətlənib və sağlığında öz ölkəsində dəyərləndirilməyən yazıçılar kimi ölkədən kənarda dəfn olunub, hamısının “payını verəcəyini” deyib.

“Fransız yazıçısı Jan Jenenin kitabları haqda jurnalistlər “heç nə yazmırdı”, hamı susurdu, o isə “Fransaya nifrətdən özü öləndə Mərakeşdə, qədim ərəb məzarlığında dəfn olunmağı vəsiyyət etmişdi”. Elə də oldu. Fransız fotoqrafı dostum Jerar Qasto oraya gedib, yazıçının məzarının şəklini çəkmişdi. Bax beləcə, yazıçı hökümətin payını verdi”.

“Bizdə Brodskini anlamadılar, bəlkə də anlayırdılar, amma susurdular. Deyəsən, elə ABŞ-da da anlamadılar. Ancaq, Brodski də Amerika və Rusiyanın payını verdi. Öləndə Venesiyada dəfn olunmağı vəsiyyət elədi. İndi orda halından razı şəkildə yatır”.

O özü isə öləndə Dağlıq Qarabağda Dədəvəng Monastırında dəfn olunmaq istədiyini bəyan edir.

“Başqa Rusiya” partiyasının yaradıcısı rus yazıçısı Limonov 2012-ci ildə prezident seçkilərində iştirak etmiş və Putinin qatı tənqidçilərindən sayılır. Lakin, Krım yarımadasının Rusiya tərəfindən işğalını dəstəkləyən yazıçı bundan sonra beynəlxalq və yerli populyarlığını qismən itirib.

Əvvəlki məqaləRüstəm İbrahimbəyov: “Mən öz vətəndaş mövqeyimi dəyişmirəm”
Növbəti məqalədəBerlinale festivalının qalibi yəhudi filmi olub