Siyasi məhbus Fuad Əhmədlinin kassasiya şikayəti təmin edilməyib

Fuad Əhmədli

Bu gün  AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Fuad Əhmədlinin Ali Məhkəmədə kassasiya şikayətini təmin etməyib.

Fəalın atası Zəfər Əhmədov bildirib ki, şikayət birinci məhkəmə instansiyasının və Apellyasiya Məhkəməsinin Fuad Əhmədlinin cəza müddətinin üçdə birini çəkməsilə əlaqədar cəzanın yumşaldılmasından və məntəqə tipli koloniyaya köçürülməsindən imtina etməsilə bağlı verilmişidi.

Fuad Əhmədli hazırda cəza müddətinin yarıdan çoxunu çəkib.

Fuad Əhmədli 2018-ci il avqustun 17-də “operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması”, əsasən “Azerfon” mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib.

Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.