Vəkil Elçin Sadıqova töhmət verilib: “Qərarı iştirakım olmadan qəbul ediblər”

Vəkil Elçin Sadıqov

Vəkil Elçin Sadıqova Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən töhmət verilib. 

Bu barədə Elçin Sadıqovun özü məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluğun onu dinləməsi və onun əsasında AR Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar fevralın 15-də töhmət veriblər.

“Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. AR Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi”.

Konfidensial görüşün lent yazısı

Vəkil bildirir ki, baş prokurorluğun konfidensial görüşün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırılmayıb və RH ümumiyyətlə Y.Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda baş prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamayıb.

“Azərbaycanda vəkillik etmək ona görə çətindir ki, təkcə dövlət orqanları tərəfindən deyil, RH tərəfindən də təqib olunursan. Hətta rəhbərlik işlərdən imtina etmək haqqında sənə təkliflər də verir. İmtina etmədikdə isə bax belə olur prokurorluqla birləşib intizam icraatı başlayıb cəzalandırırlar”.

Elçin Sadıqov deyir ki, son vaxtlar insan haqlarını müdafiə edən vəkillərin soyqırımı davam edir, halbuki ölkədə dövlətin və vəkilliyin əsas məqsədi insan hüquq və azadlıqlarını müdafiə etməkdir:

“Bizim əsassız təqib edilməyimiz onu göstərir ki, Azərbaycan Höküməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir”.

Vəkil bildirib ki, Bundan başqa VK rəhbərliyinin belə bir əsassəz şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun VK rəhbərliyinə qarşı təyziq imkanları genişdir.

“Ölkəyə qayıtdıqdan sonra geniş açıqlama verəcəm və ölkə preizdenti cənab İlham Əliyevə müraciətlər edəcəm ki, formal inkişaf adı ilə Kollegiyada nələr baş verdiyini, ölkədə qorxaq vəkillik formalaşdığını onun diqqətinə çatdırım”, – deyə Elçin Sadıqov əlavə edib.