Vatikanın maliyyə naziri uşaqbazlıqda ittiham olunur

Vatikanın yüksək vəzifəli məmurlarından olan kardinal Corc Pell seksual cinayətdə ittiham olunub. Avstraliyalı keşiş Pell Papa Fransiskonun seçilməsində böyük rola sahibdir, o hal-hazırda Vatikanın maliyyə işlərinin aparırdı. Pellə bağlı məhkəməyə 1990-cı ildə kilsə xorunda çıxış etmiş iki oğlan uşağı şikayət edib. Pell isə özünü günahsız hesab edir.

Fevralın 26-da Avstraliya məhkəməsi Vatikanın maliyyə naziri və Roma Papasının baş məsləhətçisi kardinal Corc Pelli uşaq xorundakı iki oğlan uşağına cinsi zorakılıq göstərməkdə ittiham edib.

Avstraliya məhkəməsi Pelli bir məhkəmə işində seksual zorakılığa gör və dörd məhkəmə işində isə 13 yaşlı iki oğlan uşağına qarşı əxlaqsız davranışlarda günahkar bilib. Şikayətçilər zorakılıq hadisələrinin 1990-cı illərdə Melburn şəhərində Müqəddəs Patrik kilsəsində baş verdiyini deyiblər.

İndi 77 yaşda olan Pell, 55 yaşındaykən Müqəddəs Patrik kilsəsində arxiyepiskop olarkən kilsə xorunda iştirak edən oğlan uşaqlarını oral seksə cəlb edib, digər ittihama görə isə o oğlan uşaqlarına toxunaraq cinsi həzz alıb.

Kardinalın günahı sübuta yetirilərsə onu ən çoxu 50 il həbs gözləyir. Məhkəmə dinləmələri sabahdan başlayır.