Xərçəngi anlamaq: Tətbiq olunan bütün müalicə üsulları orta əsrlər stilindədir

Professor Lisantinin başçılığı ilə Stanford Universitetindən olan bir qrup araşdırma aparıb. Onlar xərçəngi yanlış anladığımızı düşünürlər.

Əslində xərçəngə yoluxmuş hüceyrələri öldürmək xəstəliyin qarşısını almır, əsas mübarizə hüceyrələri yoluxduran “kök hüceyrələrlə” aparılmalıdır.

Bu barədə “Biochemichal Journal“da dərc olunan məqalədə deyilir. Yazıda bildirikir ki, hamımız gündə bəlkə yüzlərlə dəfə xərçəngə tutuluruq.

Daha doğrusu, hər gün bədənimizin ora-burasında bir neçə yüz hüceyrə bədənin əvvəldən təyin olunmuş yazılmamış qanunlarına qarşı çıxır, ölməyə dirənir.

Ancaq bədənimizin müdafiə sistemi, yəni immun sistemimiz bu tabe olmayan hüceyrələri ələ keçirir, öldürüb bədəndən kənara atır.

Bədənimizdə təqribən 100 milyon hüceyrə var. Biz hiss etməsək də, hər saniyə bu hüceyrələrin 50 milyonu yenilənir. Yəni əvvəlcə bölünür, sonra bölündüyü hissələri yenidən bölünərək vəzifələrini yerinə yetirməyə davam edirlər. Bu hüceyrə ölümü və yerinə yenilərinin gəlməsi ən aydın dərimizdə hiss olunur.

Bir sözlə, hər 28 gündə bir dərimiz bütünlükdə ölüb təzədən əmələ gəlir. Bir neçə gün çimməyəndə dərimizin üstünə çıxan kir əsasən ölü hüceyrələrin cəsədlərindən ibarətdir.

Bu qədər çox hüceyrənin ölümü və doğumu olan bədəndə tez-tez olur ki, bəzi hüceyrələr ölümə müqavimət göstərir. Bölünür amma bunu orqanizmdən gizlətməyə çalışır. Orqanizmin həmin hüceyrəni ölmüş bilsə də hüceyrə yaşayıb orqanizmdə öz yeni krallığını qurur.

Alimlər bütün xərçəng hüceyrələrinin bir tək kök hüceyrədən törədiyini düşünür

Hüceyrələrin sonsuz yaşamaq istəyi tamamilə normaldır, bu istək olmasaydı bizim ilk yarandığımız gün mövcud olan ilk embrion hüceyrəsi bölünüm orqanlara, orqanlar isə bir bədənə çevrilə bilməzdi. İş orasındadır ki, bütün hüceyrələrə müəyyən bir ömür hesablanıb. Onların ömürləri başa çatan kimi immun sistemi tərəfindən ölməyə məcbur edilirlər.

Normal olmayan şey isə odur ki, bəzi hüceyrələr immun sistemi tərəfindən tutulmamaq üçün mutasyaya uğrayıb gizlincə yaşamağa davam edirlər, çoxalırlar və orqanizm içərisində öz kiçik şahlıqlarını qururlar.

Alimlər güman edir ki, belə kök hüceyrələr xərçəngə əsas verir. Həmin hüceyrə hansı orqanın hüceyrəsidirsə xərçəng məhz orada baş qaldırır. Məsələn, əgər mutasiyaya uğrayan hüceyrə ağciyər hüceyrəsidirsə, insanda ağciyər xərçəngi inkişaf etməyə başlayır.

Ancaq günümüzdə Britaniyanın Manchester şəhərindəki Stanford Universitetində araşdırma aparan bir qrup alim bu gümanı qəbul etmir, onlar düşünür ki, kök hüceyrələr həqiqətən də xərçəngə əsas versələr belə, onlar universaldır yəni, bir kök hüceyrədən hər növ xərçəng xəstəliyi ortaya çıxa bilər.

Araşdırmanın müəllifləri Ernestina M. De Francesco, Federica Sorgia Michael P. Lisantinin ortaya atdığı nəzəriyyə doğrudursa, bu bizim xərçəng haqda bütün bildiklərimizi unudub yenidən düşünməyə başlamamızı tələb edir.

Xərçəng hər il dünyada baş verən bütün insan ölümlərinin altıda birinə səbəb olur. Bu ölümcül xəstəliklə mübarizədə insanlığın silahları orta əsrlər stilindədir. Xərçəng şişini kəsərək, yandıraraq və ya zəhərləyərək, çox vaxt bu metodlardan ən az ikisini tətbiq edərək müalicə etməyə çalışırlar. Əgər şiş cərrahi yolla aradan qaldırıla bilirsə, kəsilir, sonra radiasiya verilərək yandırılır, kimyaterapiya ilə zəhərləndilir. Ancaq xəstəlikdə uğur faizi çox aşağıdır.

Amerikadakı statistikalara görə, ölkədəki qadın və kişilərin 38,4 faizi həyatının bir dövründə xərçəng diaqnozu ilə üz-üzə qalır. Amma bu diaqnozun sonradan özünü doğrultmağı heç də həmişə baş tutmur. Bütün dünyada xərçəngin müalicəsinə böyük pullar xərclənir, ABŞ-da bu 150 milyard dollardır.

Xərçəngin müalicəsi üçün tapılan dərmanların isə yüzdə 95-98 faizi sonuncu mərhələsində, yəni insana tətbiq olunanda uğursuz olduğu ortaya çıxır. Onkoloqların hazırladığı dərmanların çoxu isə sadəcə xərçəngli hüceyrələri zəhərləyin, immun sistemi bu zəhərlənməni hiss edən ki, həmin hüceyrələri qidalanmadan kəsir və o hüceyrələr acından ölür. Bu dərmanlar isə insanın damarına girdiyi anda bütün orqanların hamısına çatır, demək olar bütün bədəni zəhərləyir və zəhərin bədəndən çıxmasına aylar, illər lazım olur.

Yuxarıda bəhs etdiyimiz professor Lisanti və araşdırma qrupu isə düşünür ki, xərçəng hüceyrələri heç də hamısı bir-birinə bənzəyən tiplər deyir, yüzlərlə minlərlə tip hüceyrə eyni zamanda xərçəngə yoluxur və artıb çoxalır. Məsələ ondadır ki, bu hüceyrələrin bir qismi xərçəngə yoluxmuş adi hüceyrələrdisə, digər qrupu yoluxdurma qabiliyyəti olan kök hüceyrələrdir.

Əgər professor Lisanti və komandasının araşdırması düz çıxarsa xərçəng müalicəsi sənayesində nəhəng bir dəyişiklik olacaq, dərmanların hamısı sadəcə yoluxduran kök hüceyrələri öldürmək hədəfiylə yenidən işlənib hazırlanacaq. Yenə əgər bu nəzəriyyə təsdiq olunarsa xərçəng şişlər daha böyüməyəcək, bədənin başqa yerindən çıxmayacaq, orqanizmə zəhərləyici və radiasiya yaradan dərmanlar verilməyəcək.