Xocalı qurbanlarının 27-ci anım günün qeyd olunur

Bu gün, fevralın 26-da Xocalı soyqırımı anılır. 27 il əvvəl bu gün Qarabağ münaqişəsinin gedişində Xocalı şəhəri işğal olunmuş və dinc xalqa qarşı kütləvi qırğın törədilmişdi. Bu gün münasibətiylə həm Azərbaycanda, həm də ölkədən kənarda anım tədbirləri keçirilir.

600 dinc sakinin ölümü ilə müşayət olunan faciə müasir tariximizə Xocalı soyqırımı kimi həkk olunub. Bundan 27 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı silahlı münaqişə zamanı Xankəndindəki 366-cı rus alayının da köməyilə əhalisi əsasən azərbaycanlılardan ibarət olan Xocalı şəhəri işğal olundu. Erməni ordusu tərəfindən işğal olunana qədər Xocalı dörd aydan çox tam müasirə şəraitində saxlanılıb. Müasirəyə görə şəhərin əhalisi tibbi xidmət və ərzaq çatışmamazlığı hiss edirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qanın, qoca və uşaq vardı. Azərbaycan hökümətinin verdiyi məlumatlara görə şəhərin işğalı zamanı ümumilikdə 613 nəfər öldürülüb, onların 63 nəfəri uşaq, 106-sı qadın, 70-i qoca idi. 1275 nəfər dinc sakin isə əsir götürülüb. Onların 150-sinin taleyi hələ də məlum deyil.

Bu gün minlərlə Bakı sakini Xocalı faciəsinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir. Yerli vaxtla səhər 16:00-da bütün ölkə ərazisində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.