“Yuventus” futbolçusunu 19 milyona satdı

“Yuventus” bir neçə gün əvvəl “Cenoa”ya icarəyə verdiyi  futbolçusu Stefano Sturaronu birdəfəlik satıb.

Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. “Yuventus” italiyalı müdafiəçinin satışından 19 milyon avro qazanıb.

Sturaro 2019-cu ilin yayından müqavilə ilə “Cenoa”ya məxsus olacaq.