‘Yuventus’ Ramsey ilə müqavilə imzaladı

“Yuventus” “Arsenal”ın futbolçusu Aaron Ramsey-in transferini rəsmən açıqlayıb.

İtalyan klubu sezon sonu müqaviləsi bitən uelsi yarımmüdafiəçi ilə müqavilə imzadığını açıqlayıb.

Ramsey “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra, yəni iyulun 1-dən Turin klubunun futbolçusu olacaq.

Məlumata görə, itanlan klubu ulduz futbolçunu pulsuz transfer edib. Növbəti sezon Yuventus forması geyinəcək Ramsey Arsenalda olduğu 11 ildə 259 oyun oynayıb, 61 də qol atıb.

2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Ramsey Yuventusdan həftəlik 400 min sterlinq maaş alacaq.