“Yuventus”da itki

“Yuventus”un futbolçusu Duqlas Kosta zədələnib.

İtaliya mətbuatının xəbərinə görə, braziliyalı yarımmüdafiəçi A Seriyasının son turunda “Parma” ilə oyunda xəsarət alıb. 28 yaşlı futbolçunun 10 gün meydana çıxa bilməyəcəyi bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl avtomobil qəzası keçirən Kosta heç bir xəsarət almamışdı.