Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz mitinqləri keçirilir [foto]

Əlcəzairdə son illərin ən böyük etiraz mitinqləri keçirilir. On minlərlə insan küçələrə çıxaraq prezident Əbdüləziz Buteflikanın 5-ci dəfə namizədliyini irəli sürməsinə etiraz edirlər.

Məlumata görə, 82 yaşlı Buteflikanın namizədliyini rəsmi olaraq bazar günü açıqlayacağı gözlənilir.

Etirazlar əsasən dinc keçib, lakin cümə günü azı bir nəfərin ölümü ilə nəticələnən zorakılıqların baş verdiyinə dair xəbərlər var.

Rəsmi məlumata əsasən, şənbə günü nümayişlər zamanı polislə baş verən toqquşmalarda 180-dən çox adam xəsarət alıb.

Onlarla etirazçı həbs olunub. Yerli mətbuatın xəbərlərinə görə, polisin nümayişçiləri dubinka ilə vurduğunu və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bu, 2011-ci ildə ərəb ölkələrində baş verən kütləvi etirazlar – “Ərəb baharı” hadisələrindən sonra ən iri aksiya hesab olunur.

Martın 1-də bir neçə şəhərdə cümə namazından sonra keçirilən hökümət əleyhinə etirazlar son illərin ən böyük etirazlarıdır.

Etirazçılar prezidentin beşinci dəfə namizdələyini irəli sürməsinə qarşı etiraz edir, eyni zamanda onlar yüksək işsizlik səviyyəsi və hökmətdəki korrupsiyaya qarşı da etiraz edir.

Buteflikanın şənbə günü 82 yaşı olub. İsveçrə mətbuatının məlumatına görə,  o hazırda Cenevrədə müalicə olunur. Buteflika 2013-cü ildə insult keçirəndən bəri iflic vəziyyətdədir və əlil arabası ilə gəzir.

Əlcəzairdə növbəti prezident seçkisi bu il aprelin 18-də olacaq.