Ərdoğan feministləri azana hörmətsizlikdə ittiham edir, feministlər razılaşmır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 8-də İstanbulun mərkəzi küçəsində baş tutmuş “Feminist Gecə Yüşüyüşü” tədbirində “azanın fitə basıldığını, səsləndirilən şüarlarla tərbiyəsizlik edildiyini” bildirərək feministlərə etiraz edib.

Ərdoğan bu haqda Adanada təşkil olunmuş bir mitinqdə danışıb, o deyib ki, İstanbulun mərkəzi Taksimdə CHP və HDP-nin başçılığı ilə Qadınlar Günü üçün yürüş keçirilib, orada azan səslənərkən feministlər azanı fitə basıblar, azan əleyhinə şüarlar səsləndiriblər. Erdoğan feministlərin bu hərəkətlərini türk kimliyinə hörmətsizlik adlandırıb.

Erdoğan Adana mitinqi zamanı meydana quraşdırılmış böyük ekrandan “Feminist Gecə Yürüşü”ndən kadrları xalqa göstərib.

Ancaq Erdoğanın bəyanatları sosial şəbəkələrdə mübahisə yaradıb. Belə ki, yürüşdə iştirak edənlər azanın yox, dinc yürüş keçirən feminist qadınlara təzyiq göstərən polislərə etiraz edildiyini bildiriblər.

Yürüşün təşkilatçısı “Feminist Gündəm” təşkilatı Twitter-dən yaydığı məlumatda Ərdoğanın dediklərinin yalan olduğunu, yürüşü CHP ya da HDP kimi partiyaların təşkil etmədiyini, azan oxunarkən azanın fitə basılmadığını və azana qarşı şüarlar səsləndirilmədiyini bildirib.