ABŞ 2028-ci ilə qədər Aya adam göndərməyi planlaşdırır

Birləşmiş Ştatlar 2028-ci ilə qədər Aya adam göndərməyi planlaşdırır.

Bu, NASA-nın dərc olunan büdcə layihəsindən məlum olub.

“Aya digər tədqiqatçılarla birgə adam göndərmək sisteminin inkişafı üçün özəl-dövlət tərəfdaşlığı Aya gedən yolda, onun ətrafında və onun səthində ABŞ-a yenidən üstünlük qazandıracaq və 2028-ci ilə qədər Aya adam göndərməyə gətirib çıxaracaq”, – deyə sənəddə bildirilir.

Təqdim edilən layihəyə görə, 2020-c ildə NASA-ya ayrılan maliyyə vəsaitinin ümumi həcmi 21 milyard dolları ötəcək.