ABŞ-ın yeni səfiri Azərbaycana gəldi

ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Lee Litzenberger martın 7-də Bakıya gəlib.

Amerikalı diplomat hava limanında jurnalistlərə açıqlama verib. Lee Litzenberger deyib ki, xanımı ilə birlikdə Bakıda olmaqdan çox məmnun və sevinclidir.

Diplomat bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi, gücləndirməyi həvəslə gözləyir.

Lee Litzenberger etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

ABŞ Senatı bu il yanvarın 2-də Lee Litzenbergeri Azərbaycanda yeni səfir təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.

Lee Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsi olub.