AFFA “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İK Topaz Premyer Liqanın 19-cu  turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Neftçi” – “Sabah” matçında  meydan sahiblərinin6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb, klub 200 manat cərimə olunub.