Apellyasiya Məhkəməsi AXCP üzvlərinin şikayətlərini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalları Saqif Qurbanov, Məhərrəm Rzayev və Tofiq Məmmədovun fevralın sonlarında inzibati qaydada 15 və günlük həbsindən verilmiş şikayətə baxılıb.

Onlar hamısı xuliqanlıqda (ictimai yerdə senzuradan kənar söyüş və polisin tələblərinə məhəl qoymama) ittiham olunublar.

Hər üç fəal ittihamları təkzib edib, siyasi motivlərlə həbs edildiklərini bildirib.

Məhkəmə fəalların vəkillərinin onların saxlanıldığı yerlərdən müşahidə kameralarının görüntülərini istəmək barədə vəsatətlərini təmin etməyib.