Bakının mərkəzində qadın hüquqları ilə bağlı aksiya-yürüş keçirilib [foto-video]

Martın 8-də bir qrup qadın Bakının mərkəzində “qadın şiddətə yox!” şüarı ilə aksiya keçiriblər. 

Aksiya 14:00-da Nizami metrosunun qarşısında başlayıb. Aksiya başlayan kimi polis və mülkigeyimlilər müdaxilə edib, plakatları cırıblar.

Həmçinin, polis aksiya iştirakçılarının Azad Qadın heykəlinə yaxınlaşmasına imkan verməyib, onların qarşısını kəsib.

Yasamal rayon Polis İdarəsinin rəisi polis polkovniki isə aksiyanın hakimiyyətlə razılaşdırılmadığını deyərək dağılışmağı tələb edib.

Buna cavab olaraq jurnasit Xədicə İsmayıl “Sərbəs toplaşamaq haqqında” qanuna istinadən deyib ki, bayram və matəm günlərində aksiya keçirilməsi hakimiyyətlə razılşadırılmaya da bilər.

Bir qədər mübahisədən sonra polislər qadınları metronun “Nizami” stansiyasına tərəf sıxışıdrmağa başlayıblar. Bununla belə 10-larla qadın yarım saata yaxın şüar səsləndirib və müqavimət göstəriblər.

İştirakçılar “qadına şiddətə yox!” şüarları səsləndiriblər. Polis iştirakçıları metro stansiyasına qədər sıxışdırıb və əksəriyyətini metroya salıb.

Polis müdaxiləsi zamanı aksiya iştirakçılarına qarşı çıxan bir qrup qadın da peyda olub. Onların bəziləri üzlərini gözlədərək sakit durub, bəziləri isə iştirakçılarla mübahisə etməyə, belə aksiyalara qarşı çıxış ediblər.

Aksiya zamanı 4 nəfərin saxlanıldığı barədə məlumat var. Bunlar gənc fəallar Orxan Məmməd, İlkin Əliyev, Əmrah Təhməzov və jurnalist Nurlan Cəfəridir. 27-ci polis bölməsinə aparılanlardan ikisi – İlkin Əliyev və Nurlan Cəfəri 1 saatdan sonra sərbəst buraxılıb. Bir neçə saatdan da sonra digər iki fəal sərbəst buraxılıb.

Xatırlatma

Bir neçə gün öncə “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” sosial şəbəkələrdə “8 Marş – Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırışlar yayıb.

Təşkilatçılar yürüşün qadın hüquqlarının müdafiəsinə həsr olunduğunu, “Azad qadın” heykəlinin qarşısından başlayaraq Xurşidbanu Natəvanın heykəlinin qarşısında başa çatacağını bildirlib.

Martın 7-də Bakı şəhər Baş Polsdi İdarəsi paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsinin qarşısının alınacağını bildirib.