Beşdən çox uşağı olan qadınların müavinəti 22 manat artacaq

“Prezident İlham Əliyevin 25 fevral 2019-cu ildə imzaladığı sərəncam beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin məbləği 55 manata çatdırılacaq”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qanun aprelin 1-dən qüvvəyə minəcək. Misal üçün, ailədə 6 uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat vəsait ödəniləcək. Buna qədər 5-dən çox uşağı olan ailələr hər uşağa görə 33 manat müavinət alıb.

Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.