Bir neçə AXCP üzvünün saxlandığı deyilir

arxiv - 17 noyabr 2018

AXCP fəalları Nicat Abdullayev, Əli İmanxanlı və Fərid Əsədovun saxlandığı deyilir.

Bu barədə Abzas-a AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahim açıqlama verib.

Məlumata görə, xəstə dostlarına baş çəkmək üçün Xətai rayonundakı xəstəxanaya gedən fəallar elə xəstəxananın qarşısında saxlanılıblar.

Cəbhəçi fəalın sözlərinə görə, saxlanılanları Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinə aparıblar.

Turan İbrahim bildirib ki, bir müddət sonra Ə.İmanxanlı və F.Əsədov sərbəst buraxılıb.

“N.Abdullayev isə məhkəməyə aparılıb və inzibati qaydada həbs edilib. Əldə etdiyimiz məlumata görə, Nicat Abdullazadəyə Xətai Rayon məhkəməsində 15 sutkalıq həbs qərarı verilib”.