Dünya peyvənd əlehdarlarının əsas iddialarından biri yalan çıxdı

Dünyada peyvənd əlehdarı təşkilatların artdığı bir məqamda, Danimarkalı alimlər peyvənd əlehdarlarının ən çox dilə gətirdikləri uşaqlarda qızılca xəstəliyinə qarşı peyvəndlə autizm xəstəliyi arasındakı əlaqəni araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, qızılca peyvəndi ilə autizm xəstəliyi arasında heç bir əlaqə yoxdur.

Danimarkalı alimlərin 1999-2010-cu illər arasında apardığı və 640 mindən çox uşağın iştirak etdiyi qızılca xəstəliyinə qarşı peyvəndlə autizm xəstəliyi arasındakı əlaqə tapılmayıb.

Alimlər aradan keçən 10 il ərzində qızılca peyvəndi vurulmuş və vurulmamış autizm xəstəsi olan 640 min uşağı müşahidə ediblər.

Araşdırmaların nəticəsi “Amerika Daxili Xəstəliklər Dərgisində” çap ediblər. Yayımlanan məqalədə deyilir ki, qızılca peyvəni vurulan uşaqların hər-hansı bir autizm riski artması sübutu yoxdur.

2002-ci ildə Danimarkadakı Kopenhagen Universiteti və Stand Universitetinin Tibb Fakültəsinin ortaq apardığı daha bir araşdırmada 537 min danimarkalı uşaq iştirak etmiş və o araşdırma nəticəsində də qızılca peyvəndi vurulmuş uşaqların sonradan autizmə tutulduğu haqda heç bir sübut tapılmayıb.

Hər iki araşdırmanın dəqiq sübut olunmuş nəticələrinə baxmayaraq qızılca peyvəndi əleyhinə mübarizə aparanlar 1998-ci ildə İngiltərədə çap olunan dünyaca məşhur “Lanset” dərgisində bir alimin yayımladığı məqaləyə əsaslanırlar. Məqaləyə görə görə qızılca peyvəndi olunmuş 12 uşaqda autizm xəstəliyi aşkarlanmışdı. Lakin sonradan məqalədə təqdim olunan məlumatların yanlış olduğu ortaya çıxmış və məqaləni yazan həkimin lisenziyası əlindən alınmışdı.