Eliakim Manqala baha bir il “Mançester Siti”də

“Mançester Siti” futbolçusu Eliakim Manqala ilə müqaviləni yeniləyib.

Klub saytının xəbərinə görə, 28 yaşlı müdafiəçinin bu ilin iyun ayına qədər olan sözləşməsi daha 1 illik uzadılıb.

Qeyd edək ki, bu mövsüm İngiltərə təmsilçisinin əsas heyətində şans tapmayan Fransa millisinin sabiq üzvü geridə qalan illərdə daha çox digər komandalara icarəyə verilib.