Filipe Luis “Yuventus”la oyunu buraxa bilər

“Atletiko”nun futbolçusu Filipe Luis Çempionlar Liqasının 1/8 finalında  “Yuventus”la cavab oyununu buraxa bilər.

Bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı müdafiəçinin La Liqanın 26-cı turunda “Real Sosyedad”la matçda zədələndiyi bildirilib.

Qeyd edək ki,  “Yuventus” – “Atletiko” görüşü martın 13-ü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu  komandalar  arasında  ilkqarşılaşmada  Madridklubu 2:0 hesabı ilə qalib gəlib.