Güney Azərbaycan klubu “Traktor Sazi” liderliyə yüksəldi, amma…

İran futbol çempionatının əsas liqasının 22-ci turun oyunları keçirilib.

Güney Azərbaycan təmsilçisi “Traktor Sazi” evdə Xorasanın “Padideh” klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Traktor” – “Padideh” – 1:0
Qol:
 Antoni Stokes, 22

Bu nəticədən sonra “Traktor Sazi” xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. Amma “Persepolis” bir oyun az keçirməklə 42 xalla 2-ci, “Sepehan” isə 2 oyun az keçirməklə 41 xalla 3-cü yerdə qərarlaşıblar.

Əvvəlki məqaləKaşıqçının qətlində şübhəli sayılan şəxslər İnterpol xətti ilə axtarışa verilib
Növbəti məqalədəAvropa Parlamenti ‘Avropanın öz Magnitsky Aktı’ barədə qətnamə qəbul edib