Kaqava “Beşiktaş”a qələbə qazandırdı

Bu gün Türkiyə Superliqasında 25-ci turun daha 4 oyunu keçirilib.

Çempionluq iddiasını davam etdirən “Beşiktaş” doğma azarkeşləri önündə “Konyaspor”u qəbul edib. Qapılara 5 qolun vurulduğu görüşdə “qara-qartallar” çətin qələbə qazanıblar. İstanbul klubuna 3 xal qazandıran qolu 90-cı dəqiqədə Sindzi Kaqava vurub.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran “Beşiktaş” 3-cü pillədəki yerini qoruyub. Hazırda onları lider “Başakşəhər”dən 13, 2-ci pillədəki “Qalatasaray”dan 2 xal ayırır.

Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.

10 mart

“Alanyaspor” – “Ərzurumspor”- 2:1
Qollar: P. Sisse, 45 (1:0), Vellinton, 59-penalti (2:0), Q. Sunu, 77-penalti (2:1)

“Rizəspor” – “Kayserispor” – 3:0
Qollar: V. Muriç, 22 (1:0), 66-penalti (3:0), B. Samudio, 56 (2:0)

“Göztəpə” – “Kasımpaşa” – 0:0

“Beşiktaş” – “Konyaspor” – 3:2
Qollar: A. Lyayiç, 14 (1:0), Ö. A. Şahinər, 20 (1:1), B. Yılmaz, 34 (2:1), M. Fofana, 76 (2:2), S. Kaqava, 90 (3:2)

11 mart

“Qalatasaray” – “Antalyaspor”