Milyard dollardan çox gəlir əldə edən filmlərə biri də əlavə olundu [siyahı]

“DC Comics” şirkətinin super qəhramanlardan bəhs edən son filmi “Aquaman” 2018-ci ilin dekabr ayında göstərilməyə başlayandan bu yana kinoteatr kassalarından 1 milyard dollardan çox gəlir əldə edib.

Beynəlxalq Kino İnformasiya Portalı olan IMDB-nin məlumatına görə, film indiyədək 1 milyard 37 milyon 906 min dollar gəlir gətirərək, “1 milyardlıq” filmlər qrupunda yerini alıb. Bu qrupda indiyədək 37 film olub.

“Abzas” dünya tarixində qazancı 1 milyard dolları aşan filmlərin siyahısını təqdim edir.

Şübhəsiz ki, dünya tarixində ən çox qazanc gətirən film rejissor James Cameronun 2009-cu ildə çəkdiyi “Avatar” filmidir. Film 2 milyard dollardan çox gəlirlə ən çox qazanan film ünvanını alıb.

“Avatar” filmindən sonra bu siyahını yenə rejissor James Cameronun 1997-ci ildə çəkdiyi “Titanic” filmi davam etdirir. Bu filmin də gəliri 2 milyard dollardan çox olub.

Ən çox gəlir gətirən üçüncü film isə 2015-ci ildə göstərilməyə başlayan “Star Wars: The Force Awakens” (Star Wars: Gücün Oyanması) filmidir. Rejissor J.J. Abramsın çəkdiyi film də 2 milyard dollardan çox gəlir gətirib.

IMDB məlumatlarına görə, ən çox gəlir əldə edən 5 film və kassalardan yığdıqları pulun miqdarı belədir:

1) Avatar: 2 milyard 787 milyon 965 min dollar

2) Titanic: 2 milyard 187 milyon 463 min dollar

3) Star Wars: The Force Awakens (2015): 2 miyard 68 milyon 223 min dollar

4) Avengers: Infinity War (Avengers, Sonsuzluq müharibəsi, 2018): 2 milyard 48 milyon 359 min dollar

5) Jurassic World (2015): 1 milyard 671 milyon 713 min dollar

Sıyahıda Jurassic World-un ardıyca müvafiq olaraq “The Avengers” (1 milyard 518 milyon dollar, 2012), “Furious 7” (Sürətli və Qəzəbli 7, 1 milyard 516 milyon dollar, 2015), “Avengers: Age of Ultron” (Avengers Ultron Dövrü, 1 milyard 405 milyon dollar, 2015), Black Panther (Qara Panter, 1 miyard 346 milyon 2018) və !Harry Potter and the Deathly Hallows Part 2! (Harry Potter ve Ölüm Yadigarları 2-ci seriya, 1 milyard 341 milyon dollar, 2011) filmləri gəlir.

Ən çox gəlir gətirən ilk 10 filmin ardıyca siyahı aşağıdakı kimi davam edir:

11) Star Wars: The Last Jedi (1 milyard 332 milyon dollar , 2017)

12) Jurassic World: Fallen Kingdom (1 milyard 309 milyon dollar, 2018)

13) Frozen (1 milyard 276 milyon dollar, 2013)

14) Beauty and the Beast (1 milyard 263 milyon dollar, 2017)

15) Incredibles 2 (1 milyard 242 milyon dollar, 2018)

16) The Fate of the Furious (1 milyard 236 milyon dollar, 2016)

17) Iron Man 3 (1 miyard 214 milyon dollar, 2013)

18) Minions (1 milyard 159 milyon dollar, 2015)

19) Captain America: Civil War (1 milyard 153 milyon dollar, 2016)

20) Transformers: Dark of the Moon (1 milyard 123 milyon dollar, 2011)

21) The Lord of the Rings: The Return of the King (1 milyard 119 milyon dollar, 2003)

22) Skyfall (1 milyard 108 milyon dollar, 2012)

23) Transformers: Age of Extinction (1 milyard 104 milyon dollar, 2014)

24) The Dark Knight Rises (1 milyard 84 milyon dollar, 2012)

25) Toy Story 3 (1 milyard 66 milyon dollar, 2010)

26) Pirates of the Caribbean: Dead Man’s Chest (2006)

27) Rogue One: A Star Wars Story (2016)

28) Pirates of the Caribbean: On Stranger Tides (2011)

29) Despicable Me 3 (2017)

30) Jurassic Park (1993)

31) Finding Dory (2016)

32) Star Wars: Episode I – The Phantom Menace (1999)

33) Alice in Wonderland (2010)

34) Zootopia (2016)

35) The Hobbit: An Unexpected Journey (2012)

37) The Dark Knight (2008)

38) Aquaman (2018)