Nikolas Maduro öz hökümətinin nazirlərinin istefasını istəyir

Venesuela prezidenti Nikolas Maduro öz hökümətinin nazirlərindən istefa vermələrini tələb edib. Bu haqda vitse-prezident Delsi Rodriqes öz twitter hesabında yazıb

Rodriqes prezidentin fikirlərini şərh edərkən bildirib ki, hökümətin fəaliyyətinin əsaslı restrukturizasiyası üçün və Bolivar, Çaves ideyalarını istənilən təhdidddən qorumaq üçün nazirlərin istefası lazımdır.

Venesuelada vəziyyət yanvarın 23-də, parlamentin spikeri Xuan Quadyonun özünü müvəqqəti prezident elan etməsi ilə gərginləşib.

ABŞ və Avropa birliyi ölkələrinin çoxu və Latın Amerikası ölkələrinin bəziləri Quadyonun prezidentliyini dəstəkləyiblər. Rusiya və bir neçə başqa ölkə isə Maduronu dəstəkləyir.

Yanvarın sonunda Vaşinqton Maduro hökümətinə qarşı yeni sanksiyalar elan edib. Bundan sonra Venesuelanın amerikadakı aktivləri dondurulub və yanacaq satılmasından gələn dollar vəsaitlərinə Maduro administrasiyasının girişi bağlanıb. İndi Venesuelanın aktivlərinə Quaydonun girişi var.