Özbəkistan prezidenti ölkənin reytinqini yüksəltmək üçün yeni məmur təyin edib

Özbəkistan prezidenti

Özbəkistan prezidenti Şövkət Mirziyayev ölkənin beynəlxalq reytinq və indekslərinin yüksəlməsi üçün növbəti addımı atıb. O “Böyük Gələcək” adlı ekspert şurasının üzvü Adilbek İsakovu Maliyyə Nazirinin müavini təyin edib.

Bu haqda mühacirətdə yaşayan özbəklərin xəbər portalı olan “Fargana” agentliyi məlumat yayıb. Adilbek İsakov Özbəkistanın adının beynəlxalq reytinq və indekslərdə yüksəlməsi üçün maliyyə nazirliyinin fəaliyyətini mütəmadi monitorinq edib, qiymətləndirməli və bu haqda məlumat yaymalıdır.

Xatırladaq ki, Özbəkistan höküməti son beş ildə beynəlxalq iqtisadi fəaliyyət imkanları göstərici “Doing Business” də öz reytinqini mütəmadi yüksəldir. Bu reytinq qiymətləndirməsi Dünya bankı və Beynəlxalq maliyyə korporasiyaları tərəfindən aparılır. Özbəkistanın “Doing Business” üzrə reytinqi 5 ildə 146 ölkə arasında 76-cı yerdən 70-ci yerə yüksəlib. Bu investorların qorunması, ixracın sadələşdirilməsi və vergi islahatları hesabına baş verib. Özbəkistan prezidenti öz çıxışında deyib ki, 2022-ci ilə qədər reytinqini daha da yüksəltməyi, ölkəni 20-ci yerə çatdırmağı hədəfləyir.

Bundan əlavə, Mirziyayev ölkədə beynəlxalq kriteriya və standartlara uyğunlaşdırma üçün aparılan islahatların Milli monitorinqi sistemi yaratmaqla bağlı fərman verib.