Paşinyan Yerevanda küçə süpürüb, zibil yığışdırıb [Foto-video]

Ermənistanın baş naziri Nikol Pashinyan martın 23-də Yerevanda iməcliyə çıxıb.

İməclikdə Pashinyan-la yanaşı, digər dövlət məmurları və sıravi vətəndaşlar da iştirak ediblər.

Pashinyan iməcliyə Milli teatrın həyətində küçəni süpürmək və zibil yığışdırmaqla başlayıb.

“Yolun hər iki tərəfində çoxlu zibil olması məni təəccübləndirdi. Burda, teatrın adını daşıdığı Sosa Sarqsyanın xatirəsinə həsr edilmiş təntənəli mərasim keçirilməlidir və burdan keçəndə çoxlu zibil gördüm. Düşündüm ki, belə bir vəziyyətdə burda təttənəli tədbir keçirmək olmaz, bu ilk novbədə Sosa Sarqsyanın xatirəsinə hörmətsizlik olardı. Açığı mən iməcliyə Kotay vilayətində çıxmaq istəyirdim. Və tədbirin təşkilatçılarına demək istəyirdim ki, buranı onlar yığışdırsınlar. Amma fikirləşdim ki, bunu mən özüm də edə bilərəm və ona görə indi burdayam”.

Pashinyan qeyd edib ki, bu onun Yerevanda ilk iməcliyi deyi. Vaxtilə Azadlıq Meydanı və Baqramyan prospektində də iməcliyə çıxıb, zibil yığışdırıb.

Martın 23-də Yerevandan başqa ölkənin digər yerlərində də məmurlar, deputatlar və ictimai xadimlərin iştirakı ilə iməcliklər keçirilib.