Pelosi: “Trump-ın impiçment olunmasının tərəfdarı deyiləm”

“Nəticələri ölkədə ikitirəlik və qarşıdurma yaradacaqsa, ABŞ prezidenti Donald Trump impiçment olunmamalıdır”.

ABŞ Konqresinin spikeri Nensi Pelosi ‘Washington Post’a müsahibəsində bildirib.

“Hər nə qədər məcburi səbəbləri olsa da, impiçment ölkədə qarşıdurma yaradacaqsa, mən fikirləşirəm ki, biz bu yola baş vurmamalıyıq, çünki bu ölkəni ikiyə böləcək. O, sadəcə olaraq buna dəymir”, o, deyib.

Bu, Pelosinin Trumpın mümkün impiçmenti ilə bağlı en açıq şərhi idi, Demokratları və gələn ilki Ağ Ev və Konqress seçkilərində ictimaiyyəti kəskin şəkildə ikiyə ayıracaq potensiala malik olduğu üçün, bu vaxta qədər o, bu məsələyə çox ehtiyatlı yanaşırdı.

Xüsusi Məsləhətçi Robert Mueller 2016-cı il ABŞ-da seçki kampaniyasına Rusiyanın müdaxiləsini, Trumpın kampaniyası ilə Rusiya hökuməti arasında mümkün sövdələşməni araşdırır, Trump nöqsanları təkzib edib və istintaqı cadugər ovu adlandırıb.

Muellerin hesabatı tezliklə Baş Prokuror William Barra göndərəcəyi gözlənilir, və aşkarlanacaq hər hansısa bir nöqsan Konqressi prezidentə qarşı hərəkətə keçirə bilər.

Baxmayaraq ki, Pelosi impiçmentin nifaq yaradacağını düşündüyünü söyləyib, eyni zamanda onu da qeyd edib ki, Trump prezident kürsüsünə uyğun biri deyil.

“Xeyr, mən düşünmürəm ki, o, Amerikanın prezidenti olmaga uyğundur, o, nə etik olaraq, nə intelekt olaraq, nə də müdriklik olaraq bu vəzifəyə uyğun deyil”.

İmpiçmentlə bağlı araşdırma aparan Nümayəndələr Palatasının Məhkəmə Komitəsi bu yaxınlarda geniş miqyaslı korrupsiya, vəzifədən sui-istifadə və Trump əleyhinə məhkəmə ittihamlarının əngəllənmə hallarının araşdırılmasına başlayıb ki, bunlar da mövcud ittihamlara əlavə oluna bilər.

Məhkəmə Komitəsinin sədri Cerold Nadler deyir ki, o, Trumpın ədalətdən yayındığına inanır, lakin impiçment barədə qərar vermək üçün hələ çox tezdir.