Polşa rus təbliğatı ilə mübarizə aparmaq üçün Litvada televiziya açır

Polşa dövlət telekanalı (TVP) yeni telekanal TVP Wilno kanalını yaradıb. Yeni telekanal Litva paytaxtında, bu ölkədəki polyak azlıq üçün fəaliyyət göstərəcək. Telekanalın hədəflərindən biri baltik ölkələrində rus təbliğatı ilə mübarizə aparmaq olacaq.

Polşa Xarici İşlər Nazirinin müavini Şimon Şinskovski mediaya açıqlamasında deyib ki, “Litvada rus təbliğatının fəallaşması” fonunda bu telekanalı açmaq olduqda gərəkli idi. Onun fikrinə görə bəzən Litavadakı polyaklar rus təbliğatına məruz qalırlar, bunun üçün də informasiya axınını balanslaşdırmaq lazımdır.

Polşa baş nazirinin dəftərxanasının rəhbəri Mixail Dvorçik isə baltik ölkələrində, xüsusilə də Litvada “rus mədəniyyətinin kütləvi yayılması”nın müşahidə edildiyini deyib.

“İnanırıq ki, TVP-nin Polşa Xarici İşlər Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi layihə, Rusiya KİV-lərinin təbliğat maşınına qarşı kiçik miqyaslı, ancaq çox vacib bir vasitə olacaq” – deyə Dvorçik bildirib.

Telekanalın Poşla XİN tərəfindən maliyyəşəcəyi deyilir.

Son illər aparılan sosial sorğular onu göstərir ki, Litvada yaşayan polyaklar polyak telekanallarına deyil, rus kanallarına baxmağa üstünlük verirlər. Litvada yaşayan polyaklar arasında xeyli sayda rusyönümlü simalar da var.

Polşa dövlət telekanalının nəzdində həmçinin 2007-ci ildən bəri Belarusiyada göstərilən “Belsat” adlı TV də var. Bu TV Belarusiya hökümətinə müxalif sayılır.