Poroşenko seçkilərdə əsas rəqibi kimi Putin və rus təbliğatını görür

Ukrayna prezidenti Pyotr Poroşenko qarşıdan gələn prezident seçkilərdə əsas rəqibi haqda danışıb. Ukrayna lideri bu haqda ICTV telekanalına müsahibəsi zamanı danışıb.

Ukrayna prezidenti deyib ki, prezidentliyə namizədlərin digərlərini özünə rəqib kimi görmür, ancaq onun yeganə rəqibi Rusiya prezidenti Vladimir Putindir.

“Ukraynanı zəiflədən hər şey Putini gücləndirir. Bu günki seçimimiz birmənalıdır. Ya Ukraynanın yanındayıq, ya Rusiyanın” – deyə o bildirib.

Poroşenko Rusiyanın Ukraynadakı seçkilərdə təxribatlar törətmək planını da dilə gətirib. Onun sözlərinə görə Kreml təbliğatının seçki prossesini ölkədə sabitliyi pozmaq üçün istifadə edəcəyini gözləyir.

“İndi daha söhbət təkcə seçkiyə müdaxilədən və Moskva üçün uğurlu namizədin qalib olmasından getmir” – deyərək, prezident konkret adlar belə çəkib.

Ukraynada prezident seçkiləri martın 31-də baş tutaqcaq. Seçkiqabağı təbliğatda əsas lider olan simalar şoumen Vladimir Zelenskiy, keçmiş baş nazir Yuliya Timoşenko, indiki prezident Pyotr Poroşenko və “Həyat üçün – müxalif platforma”sının rəhbəri Yuriy Boykodur.