Putin hərbçilərə smartfonu və jurnalistlərə ünsiyyəti qadağan edir

Rusiya prezidenti Vladimir Putinin yeni imzaladığı qanun layihəsiylə hərbi qulluqçulara smartfon istifadə etmək və media nümayəndələriylə ünsiyyətdə olmaq qadağan edirlir. Bu qadağa həmçinin əsgərliyə aparılan vətəndaşlara da aid edilir.

Adı çəkilən qanun federal qanunvericilik haqda informasiya portalında yayımlanıb.  Putinin yeni imzaladığı qanuna görə artıq bir hərbçi o biri hərbçi haqda məlumat yaya bilməz, həmçinin bir hərbçi əsgərliyə gələn vətəndaş, sivil vətəndaş, hərbidən təxris olunmuş vətəndaş, habelə onların ailələri haqda informasiyaları yaya bilməyəcək.

Yeni hazırlanmış qanunda hərbçilərə sosial şəbəkələr həmçinin telefon, planşet kimi səs, vidoyazı və fotoqrafiya hazırlamaq imkanları olan ağıllı cihazları istifadə etmək qadağandır. Bundan sonra rus hərbisində ancaq düyməli telefonlardan istifadə etməyə icazə veriləcək.

Qanuna görə təkcə hərbi sistemdə işləyən mətbuat işçilər, yaxud jurnalistlərlə ünsiyyətdə görəvləndirilmiş şəxslər jurnalistlərə məlumat ötürə bilər.

Qanun layihəsi Dövlət dumasında fevralın 19-da müzakirə olunmuşdu. Belə məlumat yayılmışdı ki, qanunun yaradılma səbəbi “ayrı-ayrı ölkələr və terror qruplaşmalarının rus ordusuna maraqlarının olmasıdır”.

Xatırladaq ki, fevralın 21-də “Caviar” adlı rus telefon istehsalçısı da “Tsar” adlı kamerasız, düyməli telefon buraxacağını bildirmişdi. Kompaniyadan bildirilmişdi ki, bu telefonlar hərbçilər üçün nəzərdə tutulub.

21 февраля российский производитель дорогих телефонов Caviar анонсировал выпуск кнопочного Tsar-телефона без камеры и вспышки стоимостью 199 тысяч рублей. В компании подчеркнули, что устройство предназначено для военнослужащих.