Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib

Nursultan Nazarbayev və qızı Dariqa Nazarbayeva

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev bu gün saat 17:00-da yerli televiziya vasitəsilə xalqa müraciət edib. Onun müraciəti bütün ölkəyə canlı yayımlanıb.

Nazarbayev canlı yayımda deyib ki, “Prezident qismində fəaliyyətimi dayandırmağa qərar verdim”.

Nazarbayev ona inanan və seçənlərə təşəkkürünü bildirdi və bundan sonra da “Nur-Otan” partiyasının və təhlükəsizlik şurasının sədri kimi qalacağını bildirib.

Qazaxıstan qanunlarına görə prezident səlahiyyətləri Qazaxıstan Senatının rəhbəri Qasın-Comərt Tokayeva keçir.

Xatırladaq ki, Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edirdi.