“Rammstein” klipində yəhudi edamlarını səhnələşdirdi: yəhudilər etiraza qalxdı

Dünyada məşhur  alman rok qrupu “Rammstein”ın yeni sinqlı üçün hazırlatdığı videoçarx Almaniyada qalmaqala səbəb olub. Videoçarxa görə qrup faşizm Almaniyasındakı yəhudi qətllərinin səhnələşdirərək, klipə maraq cəlb etməyə çalışıb. Bu haqda alman “DW” radiosu məlumat yayıb.

Klipdə “Rammstein” qrupunun 4 üzvü faşistlər dövründə konslagerdə boğazlarında ip ölümlərini gözləyirlər. Qrupun gitara çalanı Paul Landersin yaxasındakı faşizm dönəmində almanların yəhudiləri tanımaq üçün yəhudilərin paltarına yapışdırdıqları qızılı rəngdə “Davud Ulduzu” edam olunanların yəhudi olduğunu ifadə etməyə çalışır.

Klipin 35 saniyəlik videoçarxı martın 27-də sosial şəbəkələrdə yayılıb. Klip yayılandan sonra bir gün ərzində Youtubedə 1 milyon dəfə baxılıb.

Klipdə yəhudi düşmənçiliyinə vurğu edildiyini düşünən alman yəhudi icması klipə geniş etirazlarını bildirib. Almaniya hökümətinin antisemitizmlə mübarizə proqramının rəhbəri Feliks Klayn və Alman yəhudilərinin mərkəzi şurasının keçmiş başçısı Şarlotta Knoblox deyiblər ki, “musiqiçilər qırmızı xəttləri ötüblər” və “icazə verilən bütün sərhəddləri keçiblər”. Knoblox bu gün Bild qəzetinə verdiyi müsahibəsində “Rammstein” qrupunun yeni klipində “Holokostun səhnələşdirilərək əksildilməsi”ni qınayıb.

“Rammsteinin bu klipdə milyonlarla insanın istirab və ölümünü əyləncə məqsədiylə istifadə etməsi əxlaqsız və ürəkbulandırıcıdır”, – deyə o bildirib. Klayn isə müsahibəsində klipi “yaradıcı azadlığın zövqsüzcə istismarı” adlandırıb.