Yeni Zellandiyada iki məscidə hücum olub: 49 nəfər ölüb, 20 nəfər ağır yaranalıb

Yeni Zellandiyanin Kraystçerç şəhərində məscidə hücum nəticəsində 49 nəfər ölüb, azı 20 nəfərin ağır yaralandığı bildirilir.

Bu haqda məlumatı yerli media orqanı Stuff yayıb. Qəzet yazır ki, dünən iki məscidə hücum olunub.

Bunlar Lindvund və Əl-Nur məscidləridir. Həmçinin bildirilir ki, Papani ali məktəbinin yaxınına da hansısa insidentə görə silahlı polislər gəlib.

Ölkənin baş naziri Jacinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib və bunu ölkənin “ən qara günlərindən biri” adlandırıb.

Hadisə ilə bağlı 4 nəfər – 3 kişi, 1 qadın saxlanılıb. Polis komissarı Mike Bush bildirib ki, şübhəli sayı arta bilər.

Məlumata görə, Əl-Nur məscidinə hücum zamanı hücumçu internet üzərindən canlı yayım edib.

Şahidlər yerli mətbuata deyib ki, onlar həyatlarını xilas etmək üçün hadisə yerindən qaçanda Al Noor məscidinin yanında qanlar içində yerdə yatan insanlar görüblər.

Hadisədən sonra Linwood ətrafındakı ikinci məscid boşaldılıb, polis komissarı Mike Bush deyib.

Polisin sözlərinə görə, ikinci məsciddə də müəyyən hadisələr baş verib. Polis avtomobillərə partlayıcı maddə qoyulduğunu müəyyən edib və onu zərərsizləşdirib.

Hökumət şəhərdəki bütün məcsidlərə növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanmağı məsləhət görüb.

Atışmalara görə məsuliyyəti üzərinə götürən bir nəfər manifestində yazıb ki, 28 yaşlı ağdərili avstraliyalı kimi Yeni Zelandiyaya gedib və məqsədi bu hücumu planlaşdıraraq gerçəkləşdirmək olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb