2019-cu ilin ən yaxşı fotosunu “World Press Photo” seçdi

“World Press Photo” təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib.

Barədə beynəlxalq müsabiqənin təşkilatçılarının Amsterdamda keçirilən təntənəli mərasiminin sonunda yayılmış press-relizdə bildirilir.

Fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşının Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. Sançesin sözlərinə görə, o, Mərkəzi Amerika və Meksika ərazisini keçərək ABŞ-a çatmaq, sığınacaq almaq üçün bir ay vaxtitirib.

Tədbirin gedişində həmçinin müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb, onlara mükafatlar verilib.