30 ildir ölkəni idarə edən Sudan diktatoru kütləvi etirazlardan sonra istefa verdi

Ömər Əl-Bəşir

Sudanda həftələrlə davam edən mitinqlərin ardından ölkəni 30 ildir idarə edən diktator Ömər Əl-Bəşirin istefa verdiyi açıqlanıb. 

Reuters-in məlumatına görə, Sudanın istehsalat və iqtisadi qaynaqlar naziri Adel Mahcub Hüseynin Dubay televiziyasına müsahibəsində deyib ki, ölkə prezidenti Bəşirin istefasından sonra hakimiyyəti  idarə etmək üçün keçid məclisinin yaradılması ilə bağlı müzakirələr gedir.

Sudanda xalq etirazları dörd həftədir davam edir və dövlət televiziyası ordunun etirazlarla bağlı öz mövqeyini açıqlayacağını elan etdikdən az sonra prezidentin istefası xəbəri yayılıb.

Əl-Ərəbiyyə televiziyası isə prezident Ömər Əl-Bəşirin istefa etdiyini, müdafiə naziri başda olmaqla bir çox tanınmış siyasətçinin həbs edildiyi xəbərini yayıb.

Sudan mənbələri təsdiqləyib və Reuters-ə bildiriblər ki, Ömər əl-Bəşir ciddi nəzarət altındadır və hazırda prezident iqamətgahındadır.

Dövlət televiziyasından ətraflı məlumat verilmədən açıqlama yayılıb ki, Silahlı Qüvvələr yaxın saatlarda mühüm bir bəyanat verəcək.

Şahidlərin bildirdiyinə görə, minlərlə insanın etirazlara axışdığı üçün ordu və təhlükəsizlik xidməti Müdaiə Nazirliyinin, paytaxtın əsas yollarının, körpülərin ətrafında əsgərlər yerləşdirib.

On minlərlə sudanlı paytaxt Xartumun mərkəzi küçələrinə çıxıb rəqs edib, bayram edib və Bəşir əleyhinə şüarlar səsləndirib.

Müdafiə Nazirliyi qarşısında toplaşan etirazçılar, “istefa verdi, biz qazandıq” deyə bildiriblər.

Sudanda etirazlar dekabrın 19-da hökümətin çörəyin qiymətini üç dəfə qaldırması qərarından sonra başlayıb. Etirazlar qısa müddətdə ölkənin hər yerinə yayılmış və paytaxt Xartumda kütləvi etirazlar başlamışdı.

Sudan höküməti etirazlar zamanı 32 nəfərin yaralandığını desə də, insan haqqları təşkilatarı ölənlərin sayının 51 nəfər olduğunu bildirib.

Son dörd həftədə şiddətlənmiş mitinqlərdə xalq Əl-Bəşirin istefasını tələb edirdi. Mitinqlər müdafiə nazirliyinin və prezident sarayının önündə gedirdi. Bəzi hərbçilər mitinqçilərin tərəfinə keçdikdən sonra etirazlarda dönüş baş verdi.

Separatçı fiqur

Keçmiş paraşütçü olan Ömər Əl-Bəşir 1989-cu ildə qanlı çevriliş nəticəsində hakimiyyətə gəlib.

Sudan 1993-cü ildən etibarən ABŞ Əl-Bəşir hökumətini terroristləri maliyyələşdirən hökumətlər siyahısına salıb. Bundan dörd il sonra isə Vaşinqton Sudana sanksiya tətdbiq edib.

Ömər Əl-Bəşir Haaqadakı Beynəlxalq Cəza Məhkəməsi tərəfindən 2003-cü ildə Sudanın Darfur bölgəsində başlayan etirazlar zamanı baş verən soyqırımda günahlandırıb.