75 yaşlı diktator Ömər Əl-Bəşər həbsxanaya salınıb

Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşir çevrilişdən sonra saxlanıldığı evdən həbsxana köçürülüb. 

Bəşərin ailə üzvlərinin Reuters-ə açıqlamasına görə, 75 yaşlı keçmiş prezidentin paytaxt Xartumdakı Kobar həbsxanasına salınıb. Məlumata görə, həmin həbsxanada xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Ömər Əl-Bəşirin keçən cümə axşamı baş verən çevrilişdən sonra ictimaiyyətə görünməyib.

Xartımda isə minlərlə vətəndaş Müdafi Nazirliyi qarşısında etirazlarını davam etdirirlər. Nümayişçilər hökumətin mülki şəxslərə verilməsini tələb edirlər.

Çevriliş ərəfəsində hərbi şura yaradılıb və ölkəni 2 il müddətinə idarə edəcəklərini açıqlayıblar.

Afrika İttifaqı və bəzi qərb ölkələri sürətli formada demokratik seçkinin keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Sudanda ərzaq qiymətlərinin bahalaşması ilə etiraz başlayıb. Mitinqlər daha sonra Ömər Əl-Bəşir hökumətinin istefası tələbilə davam edib.

Çevrilişdən sonra ölkənin idarəçiliyini yeni yaradılan Hərbi Keçid Şurası üstünə götürüb.

Ömər Əl-Bəşər 1989-cu ilə hərbi çevrilişlə hökumətə gəlib. 30 il müddətində ölkəni dəmir yumruqla idarə edib.

Bəşər Beynəlxalq Cəza Məhkəməsi tərəfindən Sudanda Darfur bölgəsində müharibə cinayəti işlətməkdə ittiham edir və axtarışa verilib.

Yeni yaradılan hərbi şura isə Bəşəri məhkəməyə təhvil verməyəcəyini açıqlayıb.