Argentina Cənubi Amerika Millətləri İttifaqından çıxıb

Argentina Cənubi Amerika Millətləri İttifaqının (CAMİ) gündəliyi ilə razılaşmaması və birlikdaxili böhran səbəbindən qurumun tərkibindən çıxıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina bu gün CAMİ-nin təsis olunması haqqında Müqaviləni ləğv edib”, – deyə bəyanatda bildirilir.

Daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru bu addımı atıb. Quruma üzvlüyü Braziliya və Çili də dayandırıb. Hazırda CAMİ-də Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana təmsil olunmaqdadır.