“Arsenal” “Everton”a uduzdu

Bate-Arsenal oyunu

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.

“Arsenal” səfərdə “Everton”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

“Everton” – “Arsenal” – 1:0
Qol:
 P. Yaqelka, 10

Qeyd edək ki, “Arsenal” 63 xalla turnir cədvəlinin 4-cü, “Everton” 49 xalla 9-cu pilləsində qərarlaşıb. “Liverpul” 82 xalla liderdir. Bir oyun az keçirən “Mançester Siti” 80 xalla 2-cidir.