Azərbaycanın ən köhnə sığorta şirkəti ölkəni tərk edir

AXA MBASK Sığorta Şirkəti ASC fəaliyyətini dayandırır. AXA MBASK Sığorta Şirkətindən verilən məlumata görə, AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşüb.

Fransız “AXA group” şirkətlər qrupunun Azərbaycan fəaliyyət göstərən qolu olan AXA Mbask Azərbaycan sığorta bazarının ən köhnə şirkətidir. Şirkət Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayıb. Həmçinin, Mbask ölkədə ilk özəl sığorta şirkətidir.

AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.