Azad Həsənov: “Narkotik maddəni cibimə polis əməkdaşı qoyub”

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.

O, 2018-ci ilin oktyabrında Litvadan qayıtdıqdan dərhal sonra saxlanılıb. 4 il Litvada siyasi mühacirətdə olan A.Həsənov Azərbaycan CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunub.

Turan-ən məlumatına görə, iclasın əvvəlində məlum olub ki, A.Həsənova dövlət hesabına vəkil verilib. Ancaq A.Həsənov vəkilə ehtiyacının olmadığını deyib və onun xidmətlərindən imtina edib.

Sonra prosesdə müdafiə tərəfinin vəsatətilə Bakı Baş Polis İdarəsinin əməkdaşı Elvin Kazımov təkrar dindirilib.

Vəkil Osman Kazımov ondan A.Həsənovun narkoticarətlə məşğul olması barədə operativ informasiyanı kimdən və nə zaman aldığını soruşub. Polis informasiya mənbəyinin gizli saxlanmasının vacibliyinə istinad edərək cavab verməkdən imtina edib.

“Belə olduğu halda vəkil informasiya mənbəyinin gizli saxlanması üçün iclasın qapalı rejimdə keçirilməsini təklif edib. Lakin prokuror bunun əleyhinə olub və məhkəmə vəsatəti təmin etməyib. A.Həsənov etiraz edib, deyib ki, narkotik maddəni onun cibinə məhz Elvin Kazımov qoyub”.

Digər polis əməkdaşı Naib Ömərov vəkilin suallarını cavablandırarkən deyib ki, o, operativ qrupun rəhbəri olmayıb və A.Həsənov haqda informasiyanın haradan daxil olduğunu bilmir.

Növbəti məhkəmə iclası 23 aprel saat 11:00-da olacaq.

Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.Prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Elvin Kazımov və Naib Ömərov yenidən ifadə veriblər. Onlar Azad Həsənovun həbs olunması əməliyyatına rəhbərlik ediblər.Vəkil Osman Kazımovun israrlı tələblərinə baxmayaraq, onlar A.Həsənovun narkotik dövriyyəsi ilə mağşul olduğu haqda əməliyyat məlumatını haradan aldıqlarını deməyiblər. Polis zabitləri bunu əməliyyat sirrinin qorunması haqqında müddəa ilə izah ediblər.Osman Kazımov qeyd edib ki, qanunla belə hallarda məhkəmə qapalı elan oluna bilər və əməliyyat sirri məhkəməyə açıqlana bilər. Vəkil məhkəmənin qapalı elan edilməsi və əməliyyat məlumatının mənbəyi haqda məlumatın verilməsi barədə vəsatət qaldırıb.Lakin məhkəmə vəsatəti təmin etməyib.Polis əməkdaşları ifadə verərkən məhkəmə zalında gərginlik yaşanıb."Narkotiki bunlar qoyub cibimə""Mənim əvəzimə həbsdə bu olmalıdır. Mənim cibimdə narkotik olmayıb. Narkotiki bunlar qoyub cibimə…", – polis əməkdaşı E.Kazımov dindiriləndə A.Həsənov belə deyib.Şahid polis isə onun əməliyyat məlumatı əsasında saxlandığını, narkotiki idarədə özünün çıxarıb stolun üstünə qoyduğunu deyib: «İndi məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr uydurur».A.Həsənov polisin dediklərinə etiraz edib, həmin narkotiki cibinə polislərin atdığını söyləyib və bunu edənlərin ünvanına təhqiramiz ifadələr səsləndirib.“Mənim cibimə narkotik qoyan, bundan xəbəri olan şərəfsizdir”, – deyə Azad Həsənov səsini ucaldıb. İfadə verən polis “Məni təhqir edir” deyərək hakimə şikayətlənməklə, narkotikin məhz onun tərəfindən cibə qoyulduğunu etiraf etmiş olub."Azad Həsənov konkret sizi demir. Narkotiki cibinə atan, atılmasında iştirak edən adamları deyir, siz niyə özünüzə götürürsüz?", – vəkil polis əməkdaşını sakitləşdirməyə çalışıb.Hakim səslənən ifadələrə görə A.Həsənova xəbərdarlıq edib, hətta belə davam etsə, prosesin onun iştirakı olmadan davam etdirilə biləcəyini deyib. Təqsirləndirilən fəal belə cavab verib: "Mən belələrinə görə 6 aydır heç bir günahım olmadığı halda, həbsdəyəm. Necə sakit dayanım?".Məhkəmə prosesində Müsavat partiyasının rəhbərliyi, A.Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər.Məhkəmə aprelin 23-ü saat 11:00-da davam edəcək.Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 10-da səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər. Bastainfo.com

Publicerat av Arqument.az Tisdag 9 april 2019