Bayram Məmmədov məhkəmədə işgəncələrə məruz qaldığını bildirib [video]

Aprelin 2-də saat 16:00-da nidaçı fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Abzas xəbər verir ki, məhkəmədə ictimai-siyasi fəallar, hüquqmüdafiəçiləri, jurnalistlər iştirak edib.

Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmənin açıq olmasına, zalda yerlərin boş qalmasına baxmayaraq, məhkəmə zalına az insan buraxılıb.

Bayram Məmmədov məhkəmədə bildirib ki, onu rezin kameraya salıb, bir sutka əlləri və ayaqları bağlı vəziyyətdə, üzü üstə saxlayıblar.

“Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular”.

Nidaçı fəal burnunun üzərindəki, sağ gicgah nahiyəsindəki xəsarət izlərini, qulağındakı qançırları hakimə göstərib. O bildirib ki, martın 17-də həbsdən buraxılıb, ertəsi gün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırıblar. Bölmədən də Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

“Orada mənə dedilər ki, sənin başın ağrıyacaq. Həbsdən buraxılmamışdan əvvəl də mənə eyni şeyləri deyirdilər. Buraxdılar, sonra yenə polisə çağırırdılar. Martın 30-da bölmədən idarəyə aparmaq adıyla çıxarıb birbaşa məhkəməyə apardılar. 30 sutka inzibati həbs qərarı verib Binəqədi təcridxanasına gətirdilər. Ora çatan kimi rezin otağa saldılar. Döyürdülər, şillə-yumruq…”

B.Məmmədov məhkəmədə deyib ki, heç bir inzibati pozuntuya yol verməyib. Hakim ondan işgəncəyə məruz qalmasının səbəbini soruşanda belə cavab verib:

“Bayram Məmmədov – heykəl məhbusudur, hər şey aydındır da…”.

Keçmiş siyasi məhbus onu da bildirib ki, təcridxanada onu döyənlərdən ikisi hazırda məhkəmə zalında onun yanında əyləşiblər. Həmin şəxslər Məmmədovu təcridxanadan məhkəməyə gətirib-aparanlar idi. Onlardan biri Pənah adlı şəxs idi. Amma heç biri Bayram Məmmədovun dediklərinə münasibət bildirməyib.

Məhkəmənin qərarında yazılıb ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin qarşısından keçəndə söyüş söyüb. Onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov gənc fəal Bayram Məmmədovun 30 sutka həbs qərarını qüvvədə saxlayıb. Vəkilin işgəncə ilə bağlı vəsatətini isə qismən təmin edib və şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Martın 17-də əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədov martın 30-da yenidən saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə – polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib.

Rəsmi qurumlar Bayram Məmmədovun həbsinin səbəbləri və onun işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə dediklərinə hələ münasibət bildirməyib.

Bayram Məmmədov 2016-cı ildə gənc fəal Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra həbs edilib.

Narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham edilən gənclərin hər birinə 10 il həbs cəzası verilmişdi.

Paylaşın!Son məlumat! Məhkəmədən çıxdım. Bayram məhkəmədə deyib ki, onu döyüblər polis idarəsində, dəhşətli fiziki işgəncələr veriblər. Üzündə göyərtilər var, qulağı şişib…gözün altında göyərti izləri var. Əlavə olaraq Bayram bildirib ki onun əlinə qandal vurub, diz üstünə çökdürüb təpik yumuruqla döyüblərTəzəlikcə əfv olunub azadlığa buraxılan sonradan isə yenidən şərlənərək həbs olunan “Heykəl” məhbusu Bayram Məmmədovla görüşə bildim. Videoda gördüyünüz kimi Vəziyyətinin necə olduğunu soruşdum. Cavab olaraq “Pis” dedi. O polis bölməsində işgəncələrə məruz qalıb. Ona görədə ötən günlərdə ona validenləri ilə və vəkili ilə görüşə icazə verməyiblər! Gənclərdən əl çəkin! Paylaşın, bu məsələ diqqətdə qalsın! Gənclər işgəncələrə məruz qalmamalıdır!

Publicerat av Mehman Huseynov Tisdag 2 april 2019