“Ebola” virusu Konqoda 750-dən çox insanın ölümünə səbəb oldu

“Ebola” virusu Konqo Demokratik Respublikasında son səkkiz ayda ən yüksək həddə çatıb.

Bu barədə  “Qırmızı Xaç və Qırmızı Aypara” Cəmiyyətləri Beynəlxalq Federasiyası məlumat yayıb.

Qeyd edilir ki, aprelin 9-da 18 xəstəliyə yoluxma hadisəsi qeydə alınıb. Bu virusa yoluxanların ümumi sayı 1200 nəfərə çatıb.

Federasiya diqqəti Konqoda yerli əhali tərəfindən bu xəstəliyə zəif reaksiya verilməsinə yönəldib. Təşkilatın məlumatına görə, bir gün ərzində “Ebola”dan ölən 10 nəfərdən 8-i sadəcə həkimə müraciət etməyib.

Aprelin 10-da Konqoda “Ebola”ya 1186 yoluxma hadisəsi qeydə alınıb, xəstəlikdən 751 nəfər ölüb, 354 nəfər isə sağalıb.