Erməni transqender qadın parlamentdəki çıxışına görə ölümlə hədələndiyini deyir

Üç həftə bundan əvvəl Ermənistan parlamentində cinsi azlıqların ölkədə üzlərşdiyi problemlərlə bağlı çıxış etmiş transqender qadın Lilit Martirosyan bu çıxışına görə mühafizəkar ermənilərin onu ölümlə hədələdiyini bəyan edib.

Lilit Martirosyan “AP” agentliyinə müsahibəsində deyib ki, ona dəfələrlə zəng edib şəxsən hədələr ediblər, öldürüləcəyini bildiriblər.

Martirosyan deyir ki, həyatına olan hədələrlə bağlı aprelin 27-də polisə də şikayət edib.

Lilit Martirosyan Ermənistan parlamentinin insan hüquqları komitəsinin üzvləriylə görüşü zamanı yaratdığı “Sağ tərəf” adlı QHT-də indiyədək transqenderlərdən 283 insan hüquqları pozuntusu haqda şikayət aldığını elan etmişdi.

“Mənə görə bu o deməkdir ki, mənim yaxınımda 283 cinayətkar yaşayır, kim bilir ki, sabah 284-cü cinayətkar da ortaya çıxmayacaq” – deyə Martirosyan parlamentdəki çıxışında bildirmişdi.

Deputatların bəziləri bundan sonra Martirosyana etiraz etmiş, onu parlamentə hörmətsizlikdə günahlandırmışdı. hətta bəzi deputatlar onu diri-diri yandırmaqla bağlı hədələmişdisə də.

Lilit Martirosyanın parlamentdə çıxışının sabahısı günü yüzlərlə erməni parlamentin qarşısında mitinq keçirib. Hətta etirazçılardan biri kamera qarşısında bıçaqla çıxış edərək həmin bıçağı transseksuallara qarşı istifadə edəcəyini də deyib.

Xatırladaq ki, Ermənistan homoseksuallığı 2003-cü ildə cinayət əməlləri arasından çıxartmışdı, ancaq mühafizəkar ermənilər hələ də LQBT hüquqlarını qəbul etmir.