Essyen Afrika yığmasına çağırıldı

“Səbail”in futbolçusu Maykl Essyen mövsümün sonunda  Afrikaya gedəcək.

Qana millisinin sabiq üzvü Afrika yığmasına çağırılıb.

37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada iştirak edəcək. Görüş mayın 18-də keçiriləcək. Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da çıxış edəcək. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.