Gürcüstan “Qələbə günü” münasibətilə yürüş keçirən rus motosiklçıları ölkəyə buraxmayıb

Gürcüstan rus motosikl karvanını ölkəyə buraxmaqdan imtina edib. Baykerlər aprelin 29-una keçən gecə Rusiya ilə Gürcüstan arasındakı “Aşağı Lars” keçid məntəqəsindən Gürcüstana girərkən ölkə sərhəddçiləri tərəfindən mane ilə üzləşiblər.

Bu haqda “Conflict Intelligence Team” adlı jurnalistika qrupunun rəhbəri araşdırmaçı jurnalist Ruslan Leviev Twitter hesabında yazıb.

“Həmçinin bizdə olan məlumata görə aprelin 27-dən etibarə Gürcüstan 9 may qələbə gününü qeyd etmək məqsədiylə yürüş keçirəm digər rus motosiklçılar üçün sərhəddini bağlayıb. Sərhəddən keçmək istəyənlərə gürcü höküməti rəsmi rədd cavabı verir”. – deyə Leviev bəyan edib.

O, rus baykerlərinə verilən rəsmi rədd sənədlərini də yayımlayıb. Sənədə görə gürcü höküməti baykerlərə ölkəyə giriş səbəblərini və şəxsiyyətlərini təsdiqləyən sənədləri təqdim etmədikləri ya da yalan məlumat verdikləri üçün rədd cavabı verir.

Rus baykerləri hər il may ayında Böyük Vətən Müharibəsində əldə olunmuş qələbəni qeyd etmək üçün ölkədən kənara gedirlər.

Avropanın bir neçə ölkəsi, həmçinin bəzi keçmiş sovet ittifaqı ölkələri də rus baykerləri öz ölkələrinə buraxmır, bunu onunla izah edirlər ki, rus baykerlərin yürüşü Rusiyanın aqressiv siyasi təbliğatının aparılmasında istifadə olunur və bu təbliğatda rus mediası da yaxından iştirak edib.